Qaraçuxur və Əmircanda avtomobil yolları əsaslı təmir ediləcək

 Qaraçuxur və Əmircanda avtomobil yolları əsaslı təmir ediləcək

Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yolları əsaslı təmir ediləcək. Asayis.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 600,0 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

17:15 - 28 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin