Xəzər dənizinə axıdılan tullantı suları təmizlənərək təkrar istifadə ediləcək - SƏRƏNCAM

 Xəzər dənizinə axıdılan tullantı suları təmizlənərək təkrar istifadə ediləcək - SƏRƏNCAM

Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı Abşeron rayonu ərazisində pilot layihə həyata keçiriləcək. 

Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Sərəncam alternativ su mənbələrindən istifadənin genişləndirilməsi, su itkilərinin azaldılması, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, habelə bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.

Nazirlər Kabinetinə pilot layihənin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

18:00 - 25 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin