Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.
Asayis.Az APA-ya istinadla bildirir ki, hadisə şəhər xəstəxanasında baş verib.
Sumqayıt sakini Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.