Ağır məktəbli çantalarını necə yüngülləşdirək?

 Ağır məktəbli çantalarını necə yüngülləşdirək?

Görünən odur ki, aktuallığını itirməyən ağır məktəbli çantaları problemi hələ uzun illər şagirdlərin yol “yoldaşı” olacaq.  

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Cahid İmanlının fikrincə, uşaqların təhsili nə qədər önəmlidirsə, sağlamlığı da da bir o qədər vacibdir:



“Əgər bir valideynin belə bu barədə iradı varsa, məsələ diqqətə alınmalıdır. Amma müşahidə edirik ki, valideynlərin narazılığı getdikcə kütləvi hal alır. Siniflər üzrə, xüsusən asağı siniflərdə dərslik komplektinin və dərs vəsaitlərinin çəkisinə xüsusi diqqət yetirilməlidir.  Elm və Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin ortaq qrupu bu məsələni birgə müzakirə etməli, daha dəqiq desək aidiyyəti səhiyyə qurumları bu məsələdə Elm və Təhsil Nazirliyinə tövsiyə xarakterli məlumatlar verməlidir.

Nəzərə almaq lazımdır ki, soyuq  aylarda şagirdlərin qış geyimlərinin də çəkisi kifayət qədər ağır olur. Bunun üzərinə məktəb ləvazimatları və dərsliklərlə doldurulmuş çantaları da əlavə etdikdə mənzərə aydın olur”. 
Demokrat.az

12:48 - 13 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin