Bəzi valideynlər yeni məktəbli formalarının ölçülərindən narazıdır. Keyfiyyətin yaxşı olduğu deyilsə də yuxarı sinif şagirdləri üçün formaların ölçüsündə sıxıntı yaşanır.
Asayis.Az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Demokrat.az-a açıqlamasında narazılıqlara aydınlıq gətirib:
“Ölçülər 26-54 aralığında dəyişir. 56-60 ölçüyə uyğun formalar da tikirik. Bundan artıq nə edə bilərik? Kim narazıdırsa, gəlsin, lazımi ölçüdə formanı tapıb, verək. 60 ölçü böyük insanın, idmançıların ölçüsüdür. Bütün ölçülər nəzərə alınıb. Həm köynək, həm ətək, həm şalvar 54-dən böyük ölçülərdə də tikilib. Sayları da az deyil. Gəlib, yerindəcə baxa bilərsiniz”.