Kəlbəcərdə 1000 şagirdlik məktəb tikiləcək

 Kəlbəcərdə 1000 şagirdlik məktəb tikiləcək

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək.

Asayis.Az-ın məlumatına görə, bununla bağlı  Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsasli Tikinti və Təchizat İdarəsi təkliflər sorğusu elan edib.

İddiaçıların təklifləri cari ilin sentyabrın 22-i saat 11.00-a qədər qəbul olunacaq, zərflər isə sentyabrın 25-i saat 11.00-da açıqlacaq.

Sorğuda iştirak haqqı 3 min manatdır.

“Ölkə.Az”

11:36 - 12 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin