Əlbəttə, Bakı üçün darıxıram. Yəqin ki, 2-3 aya Azərbaycana gələcəyəm. 4 il 7 aydır Amerikadayam. İşlərim yaxşıdır. Amerikada biznesim var, toylara da gedirəm".
Asayis.Az xəbər verir ki, bu sözləri ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu "Xoş gəldin" verilişində danışıb. Proqrama virtual qoşulan ifaçı Amerikadakı həyatından danışıb:
"Həm toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram. Məndən başqa burada baş çıxaran olmaz.
Hərdən mənə deyirlər ki, bizi də Amerikaya gətir. cavab verirəm ki, necə gətirim? Siz gəlin ki, mən də qarşılayım.
Amerikada 5 ildən çox yaşadıqdan sonra vətəndaşlıq üçün yaşamalısan. Mənim isə "Greencard"ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa blirəm. Amerikanın toylar kralıyam".