İntihara cəhd etmiş YAP Masallı rayon təşkilatı sədrinin sürücüsü öldü

 İntihara cəhd etmiş YAP Masallı rayon təşkilatı sədrinin sürücüsü öldü

1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.

Asayis.Az-ın məlumatına görə, E.Abdullayev 10 avqust səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin onun qohumları saytımıza açıqlamasında məlumatı təkzib edib. Sonradan əldə etdiyimiz məlumata görə, həkim rəyində E.Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi qeyd olunub.

12:36 - 11 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin