BDU təmirdən sonra - “Uşaq bağçasına oxşayır” - VİDEO

 BDU təmirdən sonra - “Uşaq bağçasına oxşayır” - VİDEO
Bakı Dövlət Universitetinin 2 saylı korpusunun təmiri artıq başa çatmaq üzrədir. 

Asayis.Az xəbər verir ki, təhsil müəssisəsindən yayılan görüntülər birmənalı qarşılanmayıb. Belə ki, bəzi müəllim və tələbələr korpusun təmiri və dizaynını bəyənməyib.  

Təmirdən sonra  Nizaminin "Xəmsə"sinə aid mövzuları tərənnüm edən miniatürlər, divar rəsmləri xüsusi diqqət çəkib. Tələbələrin bir qismi ali məktəbin dizaynını uşaq bağçası ilə müqayisə ediblər. 

Qeyd edək ki, BDU-nun 2 saylı korpusunda 15 sentyabrdan dərslərin keçiriləcəyi gözlənilir. 

Sözügedən görüntüləri təqdim edirik: 
 

Yenisabah

17:37 - 8 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin