Belə ki, sözügedən bina sakinləri təxminən 30 il bundan əvvəl yaşadıqları mənzillərin qarşısında əlavə artırmalar edib, tikinti işləri həyata keçiriblər.
Şikayətçilərin iddialarına görə, bu işləri görərkən aidiyyəti dövlət qurumlarının şifahi razılığını da alıblar. Tikintini başa çatdırandan indiyə qədər bu qaydada yaşayıblar.
Hazırda isə sözügedən bina plana düşüb və tamamilə sökülərək yerində yeni yaşayış binasının tikilməsi qərarlaşdırılıb. Bu məqsədlə söküntü işləri aparılarkən mənzillərin qarşısındakı artırmalara görə heç bir təzminat verilmir. Bu da vətəndaşların narazılığına səbəb olur.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: