Təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir.
Asayis.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, təhsildə güzəşt elə də yaxşı söz deyil:
"Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq".