Səlim Müslümovun məhkəməsi təxirə salındı

 Səlim Müslümovun məhkəməsi təxirə salındı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.

Asayis.Az
 xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı etmədiyi məlum olub. 

Hakim deyib ki, böyük həcmli cinayət işidir. 

Qeyd olunub ki, bundan əvvəl tərkibdə olan hakimlərdən biri təqaüdə göndərilib, buna görə də məhkəmə istintaqı yenilənmişdir.

Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə bildirib ki, zərərçəkmiş tərəf iştirakı təmin olunsun. 

Vəkil həmçinin sonuncu məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiklərini deyib. 

Hakim deyib ki, zərərçəkmişin nümayəndəsinin iştirakı mütləqdir. 

Hakim bildirib ki, hakim tərkibində olan hakimlərdən biri qida müddətli məzuniyyətə görə proses bir müddət keçirilməyəcək. 

Növbəti proses oktyabrın 4-də davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. 

Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
 

13:15 - 6 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin