Valideynlər narazıdır - Şagird sıxlığı nə vaxt həllini tapacaq?

 Valideynlər narazıdır - Şagird sıxlığı nə vaxt həllini tapacaq?

Şagird sıxlığı səbəbilə bəzi paytaxt məktəbləri ibtidai sinifləri ikinci növbəyə keçirib. Valideynlər bundan narazıdır. Deyirlər ki, azyaşlılar məktəbə günorta gedib, axşam qayıdır, yorulurlar. Hətta bəzi məktəblər problemdən çıxış yolu kimi üç növbə fəaliyyət göstərir. 

Asayis.Az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə dəyişiklik edilməsi barədə Qərarına əsasən məktəb üzrə 1-ci, 5-ci, 9-cu və 11-ci siniflər ikinci növbə ola bilməz:

“Digər siniflərsə ikinci növbəyə salına bilər. Bu da şagird sıxlığı ilə əlaqəlidir, lakin problemi həll etmir. Bakı şəhərində 18 məktəb var. Ölkədə 1 milyon 600 min şagirdin 500 mini paytaxt məktəblisidir”.

Ekspertin sözlərinə görə, hökumət şagird sıxlığını aradan qaldırmaq üçün ciddi işlər görür:



“Təkcə 2022-ci ildə Bakıda 10 məktəb tikilib, təhvil verilib. Hər birində də şagird sayı 2000-dən çoxdur. Lakin hələki məktəb kimi elan olunmayıb, digər məktəblərin binaları kimi fəaliyyət göstərir. Məktəblərin 80-85 faizi iki, hətta üç növbəlidir. 

Bakı məktəblərində sıxlığı aradan  qaldırmaq üçün yeni məktəblərin tikintisi davam etdirilməlidir. Mövcud məktəblərin ərazisində əlavə korpusların tikintisinə şərait yaradılmalıdır. Bakının ən sıx yaşayış massivlərindən biri olan Binə qəsəbəsində təkcə keçən il üç məktəb tikilib. O cümlədən Hövsanda iki yeni məktəb tikilib. Digər ərazilərdə də yeni məktəblərin inşası davam edir. Urbanizasiya ilə bağlı olaraq ciddi çətinliklər var, xüsusilə də Bakı və Abşeronda daha çox nəzərə çarpmaqdadır”.
 

17:20 - 5 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin