Uşağınızı başqaları ilə müqayisə etməyin - “Bu, sevgi bağlarını zəiflədir”

 Uşağınızı başqaları ilə müqayisə etməyin - “Bu, sevgi bağlarını zəiflədir”

Bəzi valideynlər başqalarının yanında tez-tez övladlarını danlayır, onları “xalxın uşağı” ilə müqayisə edirlər. Bu cür münasibət uşaqların, yeniyetmələrin psixologiyasına təsirsiz ötüşmür. 

Asayis.Az xəbər verir ki, psixoloq Ayşən Bayramova açıqlamasında deyib ki, valideynlər çox vaxt övladlarını motivasiya etmək və ya müsbət yöndə inkişafa təşviq etmək üçün onları digər uşaqlarla müqayisə edirlər:

“Ancaq bu yanaşma uşaqlarda müsbət keyfiyyətləri təşviq etmədiyi kimi, onların psixikasına zərər də vura bilir. 

Belə ki, müqayisə edildiyi model qədər yaxşı ola bilməyəcəyi hissi uşağın bacarıqlarına olan güvənini azaldaraq, yetərsiz hiss etdirməyə başlayır. Eyni zamanda, bacarıqları ailəsi tərəfindən görməzdən gəlinən və ya uğurlarına görə sevilən uşaq dəyərsizlik duyğusu da hiss edir. Uğursuzluqla qarşılaşdıqda isə ağır məğlubiyyət duyğusu yaşayır”.

Psixoloqun sözlərinə görə, müqayisə edilən model kim olursa, olsun, uşaq o modelə qarşı qısqanclıq və qəzəb hiss edir. Bu səbəbdən uşaqlar arasında edilən müqayisələr onlar arasında zəif sevgi bağlarının formalaşmasına səbəb ola bilər:



“Müqayisə olunaraq yetərsiz hiss etdirilən uşaq davamlı olaraq valideynlərini ya da başqalarını məmnun etməyə çalışaraq, təsdiqlənməyə ehtiyac duyar.  Bunun avantajı olaraq nailliyyətlər qazansa belə, dəyərsizlik və yetərsizlik duyğuları sayəsində  xoşbəxtlik hissi yaşamaqda çətinlik çəkə bilər.

Ailə uşağını başqalarıyla müqayisə etmək yerinə, onu öz uğur və uğursuzluqlarına görə qiymətləndirməlidir. Bu cür yanaşma yetərsizlik, dəyərsizlik, qısqanclıq duyğularının əvəzinə uşağın inkişafına müsbət təsir edəcək”.
 

Demokrat.az

17:00 - 5 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin