Sumqayıtda aliment pulunu oğurlayan ata həbs olundu

 Sumqayıtda aliment pulunu oğurlayan ata həbs olundu

Sumqayıtda aliment ödəməyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb.

Lent.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb.

İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan vurub. Belə ki,o, hər ay aliment ödənilən tarixdə övladına anasından gizli şəkildə bank kartını götürüb onun yanına gəlməsini deyib. Bank hesabına onlayn şəkildə ödənişi edən E. Muxtarzadə dərhal kartdan pulu çıxarırmış. Bu yolla inzibatçını aldadıb və qəbzləri göstərərək ödənişlərin hamısını vaxtında etdiyi deyib.

Lakin şikayətçi Xəyalə Rafiq qızı Seyidquliyeva ödənişlərin olunmadığını bildirib. Bankdan verilən çıxarışda da ödənişlərin edildiyi, lakin tez bir zamanda pulların çıxarıldığı qeyd olunub.

E.Muxtarzadəyə qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə qərarını qərəzli olaraq icra etməmək) maddəsi ilə ittiham irəli sürülüb və ona 20 sutka müddətində inzibati cəza verilib.

14:10 - 5 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin