Bu ölkənin təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ

 Bu ölkənin təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ

Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).

Vurğulanıb ki, Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.

17:00 - 3 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin