Sevgilisini öldürmüş məhbus həbsxanadan qaçdı

 Sevgilisini öldürmüş məhbus həbsxanadan qaçdı

ABŞ-ın Pensilvaniya ştatında ömürlük həbs cəzasına məhkum edilən 34 yaşlı şəxs həbsxanadan qaçıb.

Asayis.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, sözügedən şəxs sevgilisini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Braziliya əsilli 34 yaşlı məhkum 1 həftə əvvəl həbsdən qaçaraq yoxa çıxıb.

Səlahiyyətlilər axtarış itləri, pilotsuz uçuş aparatları və helikopterlərlə cinayətkarı axtarmağa başlayıb.

Qeyd edək ki, bölgə prokurorluğu cinayətkarla rastlaşdıqda 911-ə zəng etməklə bağlı əhaliyə müraciət edib.
 

13:00 - 2 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin