Ağdam-Əgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir.
Asayis.Az xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. Hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyin ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq elektrik xətti çəkilir.
Xəttin Ağdam-2 yarımstansiyasından çəkildiyi bildirilir. Yola ümumilikdə 34 işıq dirəyi basdırılacaq. Artıq 20 ədədi basdırılıb.
İşlərin günün sonuna kimi yekunlaşması nəzərdə tutulub.