Ağdam-Xankəndi yoluna elektrik xətti çəkilir

 Ağdam-Xankəndi yoluna elektrik xətti çəkilir

Ağdam-Əgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir.

Asayis.Az
 xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. Hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyin ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq elektrik xətti çəkilir.

Xəttin Ağdam-2 yarımstansiyasından çəkildiyi bildirilir. Yola ümumilikdə 34 işıq dirəyi basdırılacaq. Artıq 20 ədədi basdırılıb.

İşlərin günün sonuna kimi yekunlaşması nəzərdə tutulub.

17:10 - 1 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin