Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən azad olunub.
Asayis.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb.
Sərəncama əsasən, idarənin rəisi Nəsimi Novruzov işdən çıxarılıb.
İcra başçısının digər Sərəncamı ilə Həziyev Anar Hüseyn oğlu Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin yeni rəisi təyin edilib.