Bərdədə azyaşlını it dişləyib

 Bərdədə azyaşlını it dişləyib

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Asayis.Az xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oyanayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xətəxanaya çatdırılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, sakinlərin müraciəti əsasında APA TV 2 gün əvvəl sahibsiz itlərin hücumu ilə bağlı şəhərcikdən sujet hazırlayıb.

APA

16:15 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin