“Qanuna əməl etməyənlərin qarşısına qanunsuz tələblər çıxır” - Bələdiyyələrlə sakinləri üz-üzə qoyan nədir?

 “Qanuna əməl etməyənlərin qarşısına qanunsuz tələblər çıxır” - Bələdiyyələrlə sakinləri üz-üzə qoyan nədir?

Bəzi bələdiyyələr xüsusi mülkiyyət sənədi olmayan ev sahiblərindən əmlak və torpaq vergisi ödəməyi tələb edir. İllərdir bu problem öz həllini tapmır. 

Asayis.Az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında problemə münasibət bildirib: 

“Bu evlər qanuni tikilib? Xeyr. Bələdiyyələrin yığdığı rüsumlar nə üçündür? - həmin ərazilərdə abadlaşdırma və yenidənqurma işlərinin aparılması üçün.  Bunun üçün də bələdiyyənin büdcəsi formalaşmalıdır. Vətəndaş tələb edir ki, mən burada ev tikmişəm, küçə abadlaşdırılmalıdır, yollar genişləndirilməlidir, işıq çəkilməlidir və s. Bu şikayətlərin həlli üçün bələdiyyənin hesabında müəyyən vəsait olmalıdır”. 

Ekspertin fikrincə, problemin kökündə qanuna etinasız yanaşma dayanır: 



“Qanunsuz tikilən evlərin demək olar ki, heç birinin sənədi yoxdur. Qeyri-qanuni başladılan işə qeyri-qanuni şəkildə də nöqtə qoyulmalıdır. Təbii ki, qanunsuz tikintiyə yol verilməməlidir, bələdiyyə də qanunsuz olaraq sakinləri vergiyə cəlb etməməlidir. Lakin proses əvvəldən bu cür başlayıb, sakinlər şikayət edir ki, yollar təmirsizdir, kanalizasiya yoxdur, məktəb, bağça yoxdur.Bələdiyyə bunları nə ilə etsin?! Qanuna əməl etməyənlərin qabağına qanunsuz tələblər çıxır”.
 

Demokrat.az

14:39 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin