Ofisiant müdirini döyüb 100 minini apardı - VİDEO

 Ofisiant müdirini döyüb 100 minini apardı - VİDEO
Türkiyədə baş verən hadisə hər kəsi təəccübləndirib. Belə ki, turnik dəmiri ilə döyülən şəxsə hücum edən öz işçisi olub. 

Asayis.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində baş verib. 

Belə ki, döyülən şəxs həmin gecə üstündəki 100 min lirə ilə motosiklinə minərək qaldığı ünvana yollanıb. Yaşadığı yerə çatan şəxsə həmin an maskalı və papaqlı bir nəfər yaxınlaşaraq onu turnik dəmiri ilə döyüb və üstündə olan pulu oğurlayıb.

Polislər 200 təhlükəsizlik kameralarını yoxlayaraq pulu oğurlayan şəxsin kimliyini müəyyən edib. Şübhəlinin döyülən adamın yanında işləyən ofisiant olduğu məlum olub. 

Həmin şəxs tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Araşdırmalar davam edir. 

Həmin görüntüləri təqdim edirik: 
 

 

13:43 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin