İşdən çıxarıldığı deyilən xanım maşinist DANIŞDI - "Səbəb başqadır..."

 İşdən çıxarıldığı deyilən xanım maşinist DANIŞDI -

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Asayis.Az
 xəbər verir ki, G.Həbibli Pravda.az-a danışıb. 

G.Həbibli işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib:

“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.

O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb:

“Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?”

Xatırladaq ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.

 

11:26 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin