Doğuş üçün ödəniş tələb olunması iddialarına RƏSMİ CAVAB

 Doğuş üçün ödəniş tələb olunması iddialarına RƏSMİ CAVAB

“Qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.

Asayis.Az xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
 
Qeyd olunub ki, icbari tibbi sığorta çərçivəsində doğuş və qeysəriyyə kəsiyi əməliyyatı ödənişsiz həyata keçirilir: 

“İcbari tibbi sığortanın Xidmətlər Zərfində hamiləliklə təminata alınan tibbi xidmətlər aşağıdakılardır: 

- Hamilə qadınlara doğuşaqədər ambulator mama-ginekoloji yardım və dispanser nəzarət;

- Doğuş və qeysəriyyə əməliyyatı;

- Stasionar yatış zamanı qidalanma və digər xərclər;

- Zahılıq dövründə müayinə və müalicə;

- Stasionar şəraitdə laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri;

- Yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi”.

Həmçinin qurumdan bildirlib ki, vətəndaş icbari tibbi sığorta çərçivəsində hər hansı tibbi xidmətdən və tibb işçisindən narazı qalarsa, bu zaman ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir:

“Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov 206 A -“Capital Towers” Biznes Mərkəzi) müraciət edə bilər. Vətəndaşın icbari tibbi sığortadan yararlanma, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə sualı yaranarsa bu zaman Agentliyin 7/24 fəaliyyət göstərən 1542 Çağrı Mərkəzinə zəng edə və ya elektron şəkildə müraciət edə bilərlər”.

10:22 - 29 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin