Türkiyənin Adana vilayətində 76 yaşlı kişi həyat yoldaşını güllələyərək öldürüb.
Asayis.Az xəbər verir ki, yaşlı cütlük arasında naməlum səbəbdən mübahisə baş verib.
Nəticədə 76 yaşlı kişi 74 yaşlı arvadını gülləyərək öldürüb. Daha sonra polisə gedərək cinayəti etiraf edib və təslim olub.
Hadisənin baş verdiyi ünvana çoxlu sayda qruplar göndərilib. Ərazidəki araşdırmalardan sonra qadının cəsədi yarılma üçün Adana Ədliyyə Tibb Qurumuna aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.