Rusiya Milli Qvardiyasının (Rosqvardiya) keçmiş generalı korrupsiya ittihamı ilə həbs edilib.
Asayis.Az bildirir ki, bu barədə “Kommersant” məlumat yayıb. Qərb Hərbi Dairəsi üzrə Hərbi İstintaq İdarəsi Milli Qvardiyanın (Rosqvardiya) qoşun hissələrinin keçmiş komandiri, general Yevgeni Tokarenkoya qarşı cinayət işi açıb.
General tabeliyində olanlardan sistemli şəkildə rüşvət almaqda ittiham olunur.
“Kommersant”a məlumat verən mənbənin sözlərinə görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, general-mayor Tokarenko 2020-ci il ərzində diviziyadakı həmkarlarından yüksəliş, təyinatlar və ümumi himayədarlıq üçün rüşvət alıb.
Cinayət işinin materiallarında 17 korrupsiya epizodu var. Hərbi müstəntiqlər müəyyən ediblər ki, rüşvətin miqdarı bir neçə yüz min rubl arasında olub.//Azpost.info