Nigeriyanın paytaxtı Abucada iki mərtəbəli binanın uçması nəticəsində insanlar dağıntılar altında qalıb.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bildirilib ki, dağıntılar altında qalan 2 nəfər ölüb,həmçinin 37 nəfər yaralı çıxarılıb.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən səlahiyyətlilər ölənlərin sayının artması ilə bağlı narahatlığını dilə gətirib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.