Nigeriyada bina çökdü - 2 ölü, 37 yaralı

 Nigeriyada bina çökdü - 2 ölü, 37 yaralı

Nigeriyanın paytaxtı Abucada iki mərtəbəli binanın uçması nəticəsində insanlar dağıntılar altında qalıb.

Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyi məlumat yayıb.

Bildirilib ki, dağıntılar altında qalan 2 nəfər ölüb,həmçinin 37 nəfər yaralı çıxarılıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən səlahiyyətlilər ölənlərin sayının artması ilə bağlı narahatlığını dilə gətirib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.

15:11 - 25 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin