Son illər ölkədə ailədaxili cinayətlərin sayı artıb. Nəinki ərlə arvad, valideynlə övlad arasında da qanlı hadisələr baş verir. Oğul ana, atasını, ata qızını, qardaş bacısını qətlə yetirir. Bir neçə gün öncə 23 yaşlı gənc anasını naqillə boğub, öldürdü. Qətlə səbəb ailədaxili münaqişə güman edilir. Bəzən faciələrin qısqanclıq zəminində törədildiyini də eşidirik.
Valideynlərlə övladlar arasında baş verən və faciə ilə nəticələnən münaqişələrin kökündə nə yatır?
Asayis.Az xəbər verir ki, sosioloq Aynur Hacıyeva açıqlamasında səbəblərə toxunub:
“Bunun bir neçə səbəbi var. Psixoloji problemlər, ehtiyatsızlıq və məsuliyyətsizlik, ailədə valideynlərdən biri və ya hər ikisinin qeyri-sağlam həyat tərzi keçirməsi, tez-tez ailədaxili münaqişələrin baş verməsi, ailə üzvlərinin bir-birinə şiddət göstərməsi kimi halları sadalamaq olar.
Təbii ki, bu cür ailələrdə böyüyən uşaqlar münaqişəyə, bir-birinə şiddət göstərməyə meyilli olurlar. Hər məsələni zorakılıqla həll etmək onlar üçün adi hadisəyə çevrilir”.
Demokrat.az