Qızına sosial yardım düzəltmək istəyən ataya pul atdılar - TƏFƏRRÜAT

 Qızına sosial yardım düzəltmək istəyən ataya pul atdılar - TƏFƏRRÜAT

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Novruz sosial yardım düzəltmək adı ilə Vahidə qarşı dələduzluq edib. 

Asayis.Az-ın məlumatına görə, Novruz tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Vahidə sosial yardımın düzəldilməsi işləri ilə məşğul olduğunu və onun qızı Aytən Ağayeva üçün də sosial yardım düzəldəcəyini yalandan vəd verib. 

Novruz 2019-cu ilin noyabr ayının əvvəllərində Xırdalan şəhərində yerləşən Abşeron rayon vəkil bürosunda Vahiddən müxtəlif vaxtlarda 8000 manat məbləğində pulunu ələ keçirib.

Hadisəni törədən Novruzun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Novruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Abşeron rayon vəkil bürosunda bir stolda oturaraq tərcümə işlərini görüb: 

“2019-cu ilin ortalarında Vahid adlı şəxs yanma gəldi və mənimlə tanış oldu. Həmin ərəfələrdə özümə ünvanlı sosial yardım almaq üçün kompüterdə sənədlərimi göndərirdim. Həmin ərəfələrdə, yəni 2020-ci ilin yayında Vahid yanma gəlib-gedirdi. Mənim sosial yardım almaq istədiyimi də biləndən sonra qızı üçün də sosial yardım düzəltmək istədiyini bildirdi. Vahidə dedim ki, onun qızı üçün də sosial yardım düzəldəcəm. Bunun üçün müəyyən məbləğdə pul verməlidir. 

Vahid ilə razılaşdığımız ki, 4500 manat aldım. Lakin Vahidin qızma sosial yardım düzəldə bilmədim. Həmin pulları da öz şəxsi ehtiyyaclarıma xərclədim. Ondan sonra Vahid heç bir iş görmədiyimi gördü və pulunu geri istədi. Mən də qaytarmağa pulum olmadı. 

Vahid dedi ki, verdiyi pulu bankdan götürüb. Buna görə banka artıq pul ödəyib və onu ziyana salmışam. Vahidə dedim ki, nə qədər ziyana düşmüsən? 

Vahid verdiyi 4500 manat puldan əlavə 3500 manat da ziyan etdiyini söylədi. Vahidə dedim ki, onun ziyanı da daxil olmaqla 8000 manat ödəyəcəm. Vahid də mənə inanmadı. Dedi ki, ona əlyazma qəbz yazım, ondan təqaüd düzəltməyə görə 8000 manat aldığımı qeyd edim. Vahidin dediyi kimi edərək, ondan təqaüd düzəltmək üçün 8000 manat aldığımı yazdım. Həmin kağızı Vahidə verdim. Bundan sonra Vahidə hissə-hissə olmaqla, həmçinin onun bankda olan kreditini də ödəməklə cəmi 6370 manat qaytarmışam. Lakin Vahid məndən yenə pul istəyir”. 

İş üzrə zərərçəkmiş Vahidin sözlərinə görə, 2019-cu ilin sonunda özünə Əmək və Əhalinin Sosial Mtidafıəzi Nazirliyinə təqaüdünün artırılması və qızına da sosial yardım alınması ilə bağlı müraciət etmək istəyib: 

“Buna görə mənə müdafiəçi lazım olduğu üçün Abşeron vəkil bürosuna getdim. Bu zaman vəkil bürosunda bir nəfər adını sonradan bildiyim Novruz adlı şəxsin stol arxasında oturduğunu və ətrafında da bir neçə vətəndaşların toplandığını gördüm. Həmin şəxsin nə iş gördüyünü soruşanda məlum olduki, Novruz sosial yardım işlərinin düzəlməsi ilə məşğuldur. 

Novruz ilə danışdım və ona təqaüdümün az olduğunu təqaüdünü artırmaq istədiyimi, həmçinin qızım Aytən üçün də sosial yardım almaq istədiyimi bildirdim.  Novruz da dedi ki, qızım Aytənə sosial yardım düzəlməsi üçün 4500 manat lazımdır. Mən 4500 manat pulu götürərək 2019-cu ilin noyabr ayının əvvəllərində Abşeron rayon vəkil bürosunda Novruza verdim. Novruz dedi ki, 3-6 ay ərzində bu işlər düzəldəcək. Aradan bir neçə gün sonra 2019-cu ilin noyabr ayının ortalarında özümün təqaüdümün artırılması üçün Abşeron vəkil bürosunda Novruza 3500 manat da verdim. Lakin elə oldu ki, Novruz heç bir iş həll etmədi. Novruzdan pulumu istədim. Lakin Novruz pulumu qaytarmadı”. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Novruz 2 il müddətə azadlıqdan məhrum edilib. 
 

Demokrat.az

10:11 - 24 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin