"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qanunvericiliyi pozdu - PROTOKOL

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin barəsində cərimə protokolu yazılıb.

Asayis.Az-ın məlumatına görə, şirkət barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Pravda.az

17:20 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin