“Evə qorxa-qorxa gəlirik” - Xalq artisti Nərimanov RİH-in fəaliyyətindən danışdı

 “Evə qorxa-qorxa gəlirik” - Xalq artisti Nərimanov RİH-in fəaliyyətindən danışdı

“Bizim bina köhnə “Stalinka”dır. Bir müddət əvvəl bloklara qapı qoydular. Bu, yaxşı haldır, amma bizim bloka qapı qoyulsa da, kod qoyulmayıb. Bu səbəbdən gecələr bloka narkomanlar toplaşır. Neçə dəfə olub ki, səhərlər elektrik şkafının üstündə iynələr tapmışıq. Əsas narahatlığımız budur. Binada yaşayan hər kəs bundan narazıdır, amma heç bir tədbir görülmür”.

Asayis.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Nərimanov Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə danışarkən deyib.

N.Allahverdiyeva yaşadığı binanın həyətində işıqlandırmanın da olmadığını bildirib: “Gecələr həyət həddindən artıq qaranlıq zülmət olur. Evə qorxa-qorxa gəlirik...”

Qeyd: Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir. O, 2022-ci ilin fevralın 18-də bu vəzifəyə təyin olunub.

16:40 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin