Türk Hava Yolları şirkəti Gununsesi.info xəbər saytının baş redaktoru Pərviz Həşimlinin baqajını yoxa çıxarıb.
Bu barədə baş redaktorun özü bildirib.
Onun sözlərinə görə, Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gələrkən təyyarəyə yüklənməsi üçün təhvil verdiyi baqajlardan biri yoxa çıxıb:
“Mənim orada yüküm ağır olduğu üçün Türk Hava Yolları mənə fantastik qiymətə əlavə ekstra baqaj satdı. Bundan ötrü mən 20 kq baqaj üçün 240 avro ödəməli oldum. Lakin Azəbaycana gəldiyimdə məlum oldu ki, baqajdan biri yoxdur.
Türk Hava Yollarına müraciət etmişəm. Hələlik heç bir cavab ala bilməmişəm, lakin sistemdə göstərir ki, təyyarəyə yüklənməsi üçün təhvil alınan baqaj hava limanında olub. Ancaq 2 sutka keçməsinə baxmayaraq baqajın hansı ölkəyə göndərildiyi yaxud Frankfurtda hava limanında ilişib qaldığı barədə rəsmi açıqlama ala bilmirəm”.