Zərdabda Azərbaycan bayrağına və xəritəsinə hörmətsizlik edilib.
Rayonun “Dördyol” adlanan hissəsində quraşdırılmış tağda xəritə və Dövlət bayrağı yanlış əks etdirilib. Bayrağın göy rəngi və xəritənin şimal hissəsi silinib.
Asayis.Az xəbər verir ki, tanınmış hüquqşünas Mehman Muradlı açıqlamasında bildirib ki, Dövlət Bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edilib:
“Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Dövlət Bayrağına və Dövlət Gerbinə qarşı təhqiredici hərəkətlərin edilməsi iki ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin bu, Dövlət rəmzlərinə qarşı hörmətsizlik edildiyi təqdirdə tətbiq edilir. Bayrağın rənglərinin təhrif edilməsi və ya yanlış təsvir edilməsi onun təhqir edilməsi mənasına gəlmir, bunun məsuliyyəti müvafiq qanunla müəyyən edilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bayrağın “Dövlət Bayrağından istifadə haqqında” Qanunun tələblərinə zidd istifadəsi və ona qarşı təhqiredici hərəkətlər qanunvericliyə uyğun olaraq məsuliyyətə səbəb olur”.
Demokrat.az