Nemət Pənahlını yol polisi saxladı - Mübahisə yaşandı - VİDEO/FOTOLAR

 Nemət Pənahlını yol polisi saxladı - Mübahisə yaşandı - VİDEO/FOTOLAR

Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

Asayis.Az xəbər verir ki, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa" otelinin yaxınlığında  "saxla" əmri verib.

Bu foto və videonu vətəndaşlar Sitat.info-ya göndəriblər.

Bildiriblər ki, Nemət Pənahlının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb: "Ehtimal ki, Nemət Pənahlı yol hərəkəti qaydalarını pozub. Polis əməkdaşı sənəd tələb etdi. Partiya sədri sənəd təqdim etmədi, mübahisə yaşandı. DYP əməkdaşı ilə Nemət Pənahlı arasında  təxminən 15 dəqiqə söhbət oldu. Həmin ərazidə tıxac səbəbindən hadisəni sona qədər izləyə bilmədim".

Həmin foto və videonu təqdim edirik:
 





17:29 - 21 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin