Bakıda mənzildə meyit aşkarlandı

 Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Asayis.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

10:11 - 21 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin