İranda avtomobilin üzərinə Azərbaycan Bayrağı vurduqlarına görə mart ayında saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri sərbəst buraxılıblar.
Asayis.Az xəbər verir ki, bu barədə “Report”un Naxçıvan bürosuna onların ataları məlumat verib.
Bildirilib ki, rayon sakinləri - Vüsal Quliyev və Rövşən Seyidov ötən gün beş ay saxlanıldıqları həbsxanadan sərbəst buraxılıblar.
Həmin şəxslər artıq Vətənə qayıdıblar.