Qubadlı Rayon İcra Hakimiyyəti niyə tez-tez tender keçirir?

 Qubadlı Rayon İcra Hakimiyyəti niyə tez-tez tender keçirir?

Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Asayis.Az-ın məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. 

Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur. 

Xatırladaq ki, Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də  yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi.  "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.

Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur. 

32gun.az

16:39 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin