Asayis.Az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olub, videoçəkiliş edib.
Belə ki, sürücü məntəqəyə daxil olmazdən öncə avtomobilin bort kompüteri 6 litr benzin olduğunu göstərir. Sürücü isə 20 litr benzin doldurur. Yanacaqdoldurma məntəqəsindəki monitorda 20 litr benzin vurulduğu göstərilsə də, sürücünün bort kompüteri 3 litr əksik vurulduğunu göstərib.
O, “Azpetrol”un vətəndaşları aldatdığını iddia edir.
Məsələni araşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Azpetrol LTD”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arzu Ağayevə ilə əlaqə saxlayıb.
A.Ağayeva açıqlamasında belə deyib:
“Həmin şəxs özü artıq bizə birbaşa müraciət etdi və cavabını da aldı...”.
A.Ağayeva sürücüyə “Azpetrol” tərəfindən hansı cavab verildiyini açıqlamayıb.