Günahsız yerə 18 il məhkum olan şəxsə 3 milyon veriləcək

 Günahsız yerə 18 il məhkum olan şəxsə 3 milyon veriləcək

Yeni Zelandiyada hökumət 18 il günahsız yerə məhkum edilmiş şəxsə 3 milyon dollar təzminat ödəməyə razılaşıb.

Asayis.Az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Məlumata görə, hökumət 60 yaşlı məhkumdan rəsmi olaraq üzr istəyib və onun günahsız olduğunu açıqlayıb. 

Eyni zamanda illər əvvəl baş verən cinayətin başqası tərəfindən törədildiyi və məhkumun haqsız yerə həbs edildiyinə diqqət çəkilib.

Bu səbəbdən məhkum Alan Holl'a 3 milyon dollar təzminat ödəniləcəyi bəyan edilib.

15:07 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin