Sürücülərin NƏZƏRİNƏ - Yeni tələblər qoyula bilər

 Sürücülərin NƏZƏRİNƏ - Yeni tələblər qoyula bilər

Fərdi qaydada taksi fəaliyyətinə dair yeni qayda müəyyənləşib.

Yeni qaydaya əsasən, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 7 il müddəti olan buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək. 

Bu yenilik “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli Qanunda öz əksini tapıb.


Asayis.Az xəbər verir ki, nəqliyyat üzrə ekspert İlqar Hüseynli açıqlamasında sözügedən dəyişikliyi müsbət qiymətləndirməyib:
“Ölkədə minlərlə insan taksi fəaliyyəti ilə məşğuldur. Qeyri-leqal yolla da olsa, bu işi görməyə davam edəcəklər, edirlər də. Karta görə ödəniləcək məbləğ sürücülərin büdcəsinə mənfi təsir edəcək. 

Ola bilər ki, buraxılış vəsiqəsi və kartının verilməsi üçün də tələblər qoyulsun. Sürücü və nəqliyyat vasitəsi üçün tələblər müəyyənləşdirilsin və yalnız o tələbləri ödəyənlərə verilsin.

Texniki baxışdan pul verib keçənlər yenə də belə edəcək. Buraxılış kartının nə əhəmiyyəti oldu?!”
 

Demokrat.az

12:25 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin