Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlandı

 Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlandı

Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb.

Bu barədə Asayis.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.

10:55 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin