Ağcabədidə qəbiristanlıq oğrusu saxlanılıb

 Ağcabədidə qəbiristanlıq oğrusu saxlanılıb

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Asayis.Az-a verilən məlumata görə, şəhər ərazisindəki qəbristanlıqdan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb.

Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. 
Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumkuq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

10:22 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin