Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov vəzifəsindən azad edilib.
Asayis.Az-ın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.
Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.
“Qaqazinfo”