İstanbulda zəlzələ xəbərdarlığı - Məktəblər boşaldıldı

 İstanbulda zəlzələ xəbərdarlığı - Məktəblər boşaldıldı

Türkiyənin İstanbul şəhərində zəlzələ riski olan bütün məktəblər boşaldılıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə şəhər valisi Davud Gül açıqlama verib.

O bildirib ki, şəhər ərazisində olan bütün riskli məktəblərin yenidən qurulmasına qərar verilib. Buna görə də məktəblər tamamilə boşaldılıb. 

Şəhər rəsmisi 51 məktəbin 2024-cü ilin yanvarında, 93 məktəbin isə 2024-2025 tədris ilində istifadəyə veriləcəyini açıqlayıb.

12:05 - 17 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin