Türkiyənin İstanbul şəhərində zəlzələ riski olan bütün məktəblər boşaldılıb.
Asayis.Az xəbər verir ki, bu barədə şəhər valisi Davud Gül açıqlama verib.
O bildirib ki, şəhər ərazisində olan bütün riskli məktəblərin yenidən qurulmasına qərar verilib. Buna görə də məktəblər tamamilə boşaldılıb.
Şəhər rəsmisi 51 məktəbin 2024-cü ilin yanvarında, 93 məktəbin isə 2024-2025 tədris ilində istifadəyə veriləcəyini açıqlayıb.