Yükseköğretim Kurulunun (YÖK) xaricdən başlatdığı tələbə qəbulunda başlatdığı ‘Türkiye Yurt Dışından Öğrenci Kabul Sınavı’nda (TR-YÖS) Azərbaycan birincisi olan Zəhra Nəsirli, Ankara Üniversitesi Tibb Fakültəsini seçib. Bu barədə Zəhranın yaxınları Asayis.Az-a bilidirb. Onlar qeyd edib ki, Ölçmə, Seçmə ve Yerləşdirmə Mərkəzincə düzənlənən imtahanda bütün suallara doğru cavab verən azərbaycanlı tələbə 500 bal toplayaraq 19 min 222 abituriyent arasında ilk pilləyə yüksəlib.
Uşaqlığından ən böyük arzusunun həkimlik olan Z. Nəsirli seçimini Ankara Üniversiteti üçün edib.
Z. Nəsirli seçimindən sonra Ankara Üniversitesi Tibb Fakültəsinə yerləçdirilib.
Ankara Üniversitesi rektoru Prof. Dr. Necdet Ünüvar, Rektör Yardımcıları Prof. Dr. Hasan Serdar Öztürk, Prof. Dr. Yasemin Kepenekci, Prof. Dr. Mustafa Fener, Prof. Dr. Halil Özdemir ve Tıp Fakültesi Dekanı Prof. Dr. Zehra Aycan azərbaycanlı tələbə ilə görüşərək ona təhsilində uğurlar arzulayıblar.