Türkiyəli məşhur jurnalist Barış Pəhlivan beşinci dəfə həbs olunub.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, jurnalist 2020-ci ildə ona qarşı açılan iddia çərçivəsində 5-ci dəfə həbs olunub.
Onun 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, 3 il əvvəl yazılarından birində Liviyada xidmət edərkən ölən MİT üzvünün kimliyini açıqladığına görə jurnalist barədə iddia qaldırılıb.