Azərbaycanda zəlzələ olub? - AÇIQLAMA

 Azərbaycanda zəlzələ olub? - AÇIQLAMA

Türkmənistanda 5 bal gücündə zəlzələ baş verib.

Asayis.Az 
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Türkmənbaşı şəhərindən 34 km şimal-şərqdə, 47 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Azərbaycanda bir sıra insanların telefonuna zəlzələ baş verdiyi barədə xəbərdarlıq bildirişləri göndərilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib ki, zəlzələ Türkmənistan ərazisində baş verib və Azərbaycanla heç bir əlaqəsi yoxdur.

14:16 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin